Dünya

Xorvatiyanın kurort şəhərində yanğın: Şəhərin bir hissəsi enerjisiz qalıb, təyyarələr cəlb olunub – VİDEO

Sharing is caring!

Xorvatiyanın kurort şəhəri Pulada güclü yanğın baş verib, şəhərin əksər hissəsi elektrik enerjisiz qalıb.

Bu barədə “Jutarnji List” məlumat verib.

Yanğın bu gün günorta radələrində başlayıb. Əvvəlcə ot örtüyü və alçaq bitki örtüyü yanıb, lakin sonra yanğın evləri bürüyüb və yerli sakinlər təxliyə edilməsi zərurəti yaranıb.

Yanğınsöndürənlər və şəhər sakinləri irimiqyaslı yanğınla mübarizə aparırlar. Artıq kömək üçün Zadardan yanğınsöndürən təyyarələr cəlb olunub.

Hazırda bir neçə ev, əsasən kotteclər, bir neçə avtomobil yanıb.

Pula şəhəri tüstüyə bürünüb, bəzi məhəllələr işıqsız qalıb. Yolların bir hissəsi bağlanıb, evləri yanğına ən yaxın olan sakinlər isə alovdan qorunmaq üçün həyətlərinə su tökürlər.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir