Dünya

Şinzo Abe necə baş nazir oldu? – VİDEO

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe dünən sui-qəsd nəticəsində öldürülüb. Atəş açan şəxsin keçmiş hərbçi – 41 yaşlı Tetsuya Yamaqami olduğu üzə çıxıb. O, hadisədən dərhal sonra saxlanılıb.

Bəs Şinzo Abe necə baş nazir oldu?

Şinzo Abe 1954-cü ildə müharibədən məğlub vəziyyətdə çıxmış Yaponiyanın paytaxtı Tokioda doğulub.

Ailəsinə nəzər saldıqda, onu şanslı hesab etmək olar. Atası Şintaro Abe 1958-ci ildən 1991-ci ilə qədər parlamentin nümayəndələr palatasının üzvü olub, hökumət katibi, xarici işlər və ticarət naziri vəzifələrini tutub. Babası Kan Abe isə Yamaquçi prefekturasında torpaq sahibi olub və nümayəndələr palatasında deputatlıq edib.

Şinzonun ana tərəfdən babası Nobusuke Kişi 1930-cu illərdə indi Çin torpaqları olan Mançuriya ərazisində iqtisadiyyat üzrə nümayəndə olub. Müharibədən sonra həbs olunan Kişi siyasi fəaliyyətini dayandırmır və 1957-ci ildə Yaponiya baş naziri vəzifəsinə qədər yüksəlməyi bacarır.

Şinzo Abenin ailəsi liberal demokrat partiyanın içində mühafizəkar dəyərlərin tərəfdarı olan qolu təmsil edirdi. Atasının ölümündən 2 il sonra, 1993-cü ildə Abe ilk dəfə Yamaquçi prefekturasından prezident seçilir. Deputatlığı dövründə liberal Demokrat partiyasının mühafizəkar qruplaşması olan Mori fraksiyasına üzv olaraq, ailə ənənələrini davam etdirir.

2000-ci ildə Abenin Yamaquçi prefekturasındakı ofisi mafiya qruplaşması olan yakudzalar tərəfindən Molotov kokteylləri ilə hücuma məruz qalır.

Şinzo Abe ilk dəfə 2006-cı ildə 52 yaşında Yaponiyanın Baş naziri olub, lakin kəskin xoralı kolit xəstəliyinə görə bir il sonra postundan gedib. 2012-də yenidən Baş nazir vəzifəsini tutub. Lakin bu dəfə də eyni xəstəlik səbəbindən 2020-ci il avqustun 28-də istefa vermək məcburiyyətində qalıb. 

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir