Dünya

NASA: “Rusiya Beynəlxalq Kosmik Stansiyadan Ukraynada müharibə əməliyyatını dəstəkləmək üçün istifadə edir”

Sharing is caring!

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iddia edir ki, Rusiya Beynəlxalq Kosmik Stansiyadan (BKS) siyasi məqsədlər üçün, xüsusən də Ukraynada müharibə əməliyyatını dəstəkləmək üçün istifadə edir.

ABŞ Kosmik Departamentinin müvafiq bəyanatı cümə axşamı bir sıra Amerika KİV-ləri, o cümlədən “The Washington Post” və ixtisaslaşmış internet portalı “Ars Technica” tərəfindən dərc edilib.

“NASA Rusiyanın Beynəlxalq Kosmik Stansiyadan siyasi məqsədlər üçün, Rusiyanın Ukraynadakı müharibə əməliyyatını dəstəkləmək üçün istifadəsini qətiyyətlə pisləyir”, – deyə rəsmilər bildiriblər. ABŞ Kosmik Agentliyi hesab edir ki, bu, “15 ölkənin iştirakı ilə elmin təbliği və texnologiyaların dinc məqsədlər üçün inkişafını nəzərdə tutan stansiyanın əsas məqsədilə əsaslı şəkildə ziddiyyət təşkil edir”.

Bu bəyanatın nə üçün yayıldığı açıqlanmasa da, adıçəkilən media qurumları bunu iyul ayında rus kosmonavtlarının qondarma Donetsk və Luqansk bayraqlarını BKS-də açması və bununla da “LXR”in “azad edilməsini” qeyd etməsi ilə əlaqələndirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir