Dünya

Britaniya kəşfiyyatı rus qoşunlarının ən yaxın taktiki hədəfini açıqlayıb

Sharing is caring!

Rusiya ordusu hazırkı cəbhə xəttindən təxminən səkkiz kilometr aralıda yerləşən Donetsk vilayətinin Siversk istiqamətində cəbhə xəttində texnika toplayır.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

Rusiya qüvvələrinin Donetsk bölgəsində yeni hücum əməliyyatları başlamazdan əvvəl ehtiyat tədarükü üçün fasilə verəcəyi ehtimal edilir.

“Rusiyanın növbəti taktiki hədəfinin Siversk olacağı ehtimalı realdır. Çünki onun qüvvələri ən çox Slavyansk-Kramatorsk şəhəri ərazisinə doğru irəliləməyə çalışır”, – deyə qeyd edilir.

Kəşfiyyat həmçinin əlavə edir ki, Ukrayna qoşunları Xersonun cənub-qərb istiqamətində tədricən irəliləyişlərini davam etdirir.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir