Dünya

ABŞ Prezidentinin ən yaxın köməkçilərindən biri istefa verib

Sharing is caring!

Ağ Evin Kommunikasiyalar üzrə Direktoru Keyt Bedinqfild vəzifəsini tərk edib.

O, üç il idi ki, hazırkı Prezident Co Baydenin komandasında çalışırdı.

Məlumatı ABŞ Prezident Administrasiyası da təsdiqləyib.

Bildirilir ki, Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi olmuş, onun seçki kampaniyasında və prezident administrasiyasında ən yaxın adamlarından biri olan K.Bedinqfild həyat yoldaşı və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək.

Mənbə: Whitehouse.gov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir