Dünya

İtaliyada taksi sürücülərinin kütləvi tətili başlayıb – VİDEO

Sharing is caring!

İtaliyada taksi sürücülərinin 48 saatlıq kütləvi tətili başlayıb.

Məlumata görə, sektor nümayəndələri xüsusi onlayn tətbiqlər vasitəsilə özəl sərnişin daşımalarının təşkili də daxil olmaqla bu sahənin liberallaşdırılmasını nəzərdə tutan rəqabət haqqında fərmana etiraz etmək üçün Romanın mərkəzində yürüş keçirəcəklər.

Aksiyanı təşkil edən sektorun həmkarlar ittifaqı nümayəndələri bildirirlər ki, bu cür islahat xidmətlərin qiymətinin salınması ilə keyfiyyətin də azalmasına gətirib çıxarır. Taksi sürücüləri onlayn platformalardan istifadə prinsipinə deyil, bu prinsipin taksi sürücüləri üçün əlverişsiz olan “avtobus bileti satışına” çevrilməsinə qarşı olduqlarını açıqlayıblar.

Bütün çərşənbə günü davam edəcək taksi sürücülərinin tətili artıq həm şəhərlərdə, həm də hava limanlarında çətinliklər yaradıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir