Siyasət

Ali Məhkəmə sədrinin müavini Avropa Məhkəməsinə çağırış etdi – FOTO

Sharing is caring!

“Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı qaldırdığı məhkəmə iddialarına dair çıxardığı qərarlarda beynəlxalq humanitar hüquqa istinad edir”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycan Ali Məhkəməsinin sədrinin müavini Çingiz Əsgərov “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib. 

Çingiz Əsgərov deyib ki, Ukraynadakı müharibəyə müxtəlif beynəlxalq aktorlar müdaxilə edir. “Amma Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, işğal faktına görə Ermənistana heç bir təzyiq göstərilmədi”, – deyə o əlavə edib. 

O əminliyini ifadə edib ki, Avropa Məhkəməsi ədalətli qərarlar çıxaracaq.

“Əminik ki, Avropa Məhkəməsi təzminat məsələsindən tutmuş, digər məsələlərə qədər ədalətli qərarlar çıxaracaq. Biz buna nail olacağıq”, – deyə Ali Məhkəmə sədrinin müavini bildirib. 

Daha çox foto burada: Photostock.az

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir