Dünya

ABŞ-da milyonlarla arı onları daşıyan yük maşınından çıxaraq ətrafdakıları sancıb

Sharing is caring!

Yuta ştatında 25 milyondan çox arı onları daşıyan yük maşını qəzaya uğradıqdan sonra avtomobildən çıxaraq ətrafdakı insanlara hücum çəkib.

Həşəratlar magistral yolda cəmləşib və hadisə yerinə ilk köməyə gələnləri sancıb.

Qəzaya sürücünün döngəyə kəskin girişi səbəb olub. O, “qəzaya səbəb olan ehtiyatsız hərəkətə görə” məsuliyyətə cəlb edilib.

Sürücü özü və köməkçisi yüngül bədən xəsarətləri, eləcə də çoxsaylı arı sancması diaqnozu ilə xəstəxanaya aparılıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir