Dünya

II Elizabet dövlət başçısı vəzifələrinin bir hissəsini şahzadə Çarlza həvalə edib

Sharing is caring!

Böyük Britaniya kraliçası II Elizabet dövlət başçısı kimi vəzifələrinin bir hissəsini taxtın varisi, Uels şahzadəsi Çarlza verib.

Bu barədə bazar günü “The Sunday Times” nəşri məlumat yayıb.

Nəşr 10 ildən artıq müddətdə ilk dəfə Bukingem sarayı tərəfindən dərc edilən monarxın rəsmi vəzifələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edildikdən sonra belə qənaətə gəlib.

Əvvəllər bura baş nazirin formal təyin edilməsi, parlamentin yeni sessiyalarının açılışında iştirak, rəsmi səfərləri və belə səfərlər zamanı Böyük Britaniyaya gələn digər dövlətlərin yüksək vəzifəli şəxsləri ilə görüşlər daxil olmaqla, 13 bənd daxil idi. İndi sənəddə yalnız ümumi ifadələr yer alıb və qeyd olunub ki, kraliçanın “bir sıra parlament və diplomatik vəzifələri” var.

Eyni zamanda, nəşrin saraydakı mənbəsi bunun yalnız sənədin “kiçik yenilənməsi” olduğunu bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir