Dünya

Beynəlxalq KİV-lər “Anadolu Qartalı – 2022” təlimlərində – VİDEO

Sharing is caring!

Beynəlxalq kütləvi informasiya agentliklərinin əməkdaşları Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimlərini izləyəcəklər.

Taktiki uçuş təlimlərində Azərbaycan və Türkiyədən başqa, İngiltərə, İordaniya, Pakistandan olan pilotlar iştirak edirlər.

Konya şəhərində təşkil edilən beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı “Su-25” və “MiQ-29” qırıcı təyyarələri təmsil edir.

Beynəlxalq taktiki uçuş təlimlərinin əsas məqsədi – xilasetmə və havadan yardım hərəkatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, təlimlər iyunun 20-də başlayıb və iyulun 1-dək davam edəcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir