Dünya

Ərdoğan: “Bayden yenidən görüşməyimizi istəyir”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə NATO Sammitində amerikalı həmkarı Co Baydenlə görüşə bilər.

Bu barədə Ərdoğan sammit öncəsi hava limanında açıqlama verərkən deyib.

“Bu səhər Baydenlə telefon danışığımız oldu. O, yenidən görüşmək istədiyini bildirdi. Biz də “olar” dedik. Lazım gələrsə, NATO Zirvəsində bir araya gələcəyik”, – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, “F-16 məsələsi hələ masadadır, orada da yayındırma taktikası gedir”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir