Dünya

ABŞ-da qan təzyiqini ölçmək üçün elektron tatu hazırlanıb

Sharing is caring!

Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tatu (e-tatu) hazırlayıblar.

“Ağıllı” döymə qrafendən və üzərində mikrosensorlar, elektrodlar olan yapışqan maddədən hazırlanıb. Sonuncu dəriyə elektrik cərəyanının yüngül impulslarını göndərir və sensorlar orqanizmin onlara reaksiyasını qeydə alır.

Əldə edilən məlumatları oxumaq və təzyiq göstəricisinə çevirmək üçün alimlər xüsusi neyron şəbəkəsi yaradıblar.

Tatu çəkisiz və nəzərə çarpmayacaq şəkildə hazırlanıb. O, öz sahibini narahat etmir.

Elektron döymənin davamlı monitorinqi istənilən vəziyyətdə qan təzyiqini ölçməyə imkan verir: Stress zamanı, yatarkən, idman edərkən və s. O, bir neçə gün ərzində qısa fasilələrlə minlərlə ölçmə apara və insanın təzyiqinin ətraflı təsvirini verə bilər.

Texnologiyalanın nə vaxt dövriyyəyə buraxılacağı barədə məlumat verilmir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir