Dünya

Yunanıstanda Müqəddəs Afon dağında yanğın: Altı təyyarə alovu söndürür

Sharing is caring!

Yunanıstanda Müqəddəs Afon dağında meşədə yanğın baş verib.

Bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat verib.

Altı təyyarə, yüzdən çox yanğınsöndürən, 35 texnika yanğının söndürülməsinə cəlb olunub.

Afon dağında təkcə meşə deyil, həm də 20 monastır və başqa tikililər var. Hələlik yanğının insanların həyatı üçün təhlükə yaratmadığı və binalara ziyan vurmadığı bildirilir.

Mütəxəssislər yanğının mümkün səbəblərini təhlil edirlər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir