Dünya

Zelenski Rusiya əsirliyində olan “Azovstal” döyüşçülərinin sayını açıqlayıb

Sharing is caring!

Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavodundan 2500-dən çox ukraynalı döyüşçünü əsir götürüb. Onların azad edilməsi ilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məşğul olur.

Bunu jurnalistlərə prezident Volodimir Zelenski deyib.

Ukrayna prezidenti hesab edir ki, “Azovstal”dan olan ukraynalı döyüşçülərə işgəncə vermək ruslar üçün sərfəli deyil, çünki onlar “ictimai əsirlərə” çevriliblər.

Zelenskinin sözlərinə görə, o, Rusiya hakimiyyətinin və “DNR” silahlılarının ukraynalı döyüşçülərin gələcək taleyi ilə bağlı bəyanatlarına inanamır. O qeyd edib ki, Rusiya tərəfi bu yolla özünün müsbət imicini yaratmağa çalışır.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir