Dünya

Əfqanıstanda “Taliban”la əleyhdarları arasında toqquşma olub

Sharing is caring!

Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin dəstələri bazar günü “Taliban” radikal hərəkatının Baqlan əyalətinin şimalındakı mövqelərinə hücum edib. Toqquşma Əndarab vadisində Puli-Hesar və Taqanak yaşayış məntəqələri yaxınlığında baş verib.

Səhrə komandiri Xeyr Məhəmməd və onun partizanlarının təzyiqi nəticəsində “Taliban” öz mövqelərindən geri çəkilməli olub.

İtkilər barədə məlumat verilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir