Dünya

Britaniyalı analitiklər: “Severodonetskin tutulması bütün Luqansk vilayətinin işğalına səbəb olacaq”

Sharing is caring!

Severodonetskin Rusiya tərəfindən tutulması bütün Luqansk vilayətinin işğalına səbəb olacaq. Britaniyalı kəşfiyyat analitiklərinin fikrincə, bu, Rusiyanın əsas hədəfi olsa da, bu əməliyyat Rusiyanın Donbası ələ keçirmək kampaniyasının yalnız bir hissəsidir.

“Rusiya Donbasdakı əməliyyatlarının intensivliyini artıraraq Severodonetsk, Lisiçansk və Rubejnoyeni mühasirəyə almağa çalışır. Bu əməliyyatın şimal və cənub oxları Ukraynanın nəzarətində olan təxminən 25 km ərazi ilə ayrılır”, – deyə Britaniya Müdafiə Nazirliyindən bildirilib.

Lakin rusiyalılar Ukrayna qüvvələrinin güclü müqaviməti ilə üzləşiblər. Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat, ehtimal ki, bu cəbhədə effektiv idarəetməni və nəzarəti əldə saxlamağa imkan verir.

“Rusiya artilleriya birləşmələrinin cəmləşməsi sayəsində bəzi lokal nailiyyətlər əldə edib. Donbasdakı cəbhə xətti qərbə doğru irəliləyərsə, bu, Rusiyanın kommunikasiya xətlərini genişləndirəcək və çox güman ki, gələcəkdə logistikada çətinliklərə gətirib çıxaracaq”, – deyə analitiklər qeyd edirlər.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir