Dünya

Zelenski Kann Kino Festivalının açılış mərasimində çıxış edib

Sharing is caring!

Fransada iki illik fasilədən sonra Beynəlxalq Kann Kino Festivalı öz işinə başlayıb.

Açılış mərasimində Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib. Siyasətçi Kiyevdən videobağlantı vasitəsilə zalda əyləşənlərə üz tutub.

Dövlət başçısı Çarli Çaplinin “Böyük diktator”unu xatırladıb, həmçinin Frensis Ford Koppolanın “Apokalipsis bu gün” filmindən sitat gətirib.

Məlumat üçün bildirək ki, builki əsas müsabiqə proqramına 21 film seçilib.

Festivalın 75-ci ildönümü münasibətilə təşkilatçılar isveçrəli zərgərlərə yenilənmiş Palma budağının yeni və yeganə nüsxəsini sifariş ediblər. İsveçrənin “Chopard” zərgərlik evi tərəfindən hazırlanmış və brilyant qaşlarla bəzədilmış mükafat festivalın son günü – mayın 28-də ənənəvi olaraq Lümyer zalında keçiriləcək mərasimdə sahibinə təqdim ediləcək. Onun üzərinə laureatın adı həkk olunacaq.

Qeyd edək ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən festivalın açılışı təxirə salınıb.

Mənbə: kanobu.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir