Dünya

İranda işdən qovulan şəxs insanları girov götürdü: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!

İranda idarələrin birində baş verən silahlı qarşıdurma qanlı bitib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Hadisə İlam şəhərində baş verib.

Belə ki, Əmlakın İdarə Edilməsi Təşkilatında işdən qovulan şəxs idarəyə hücum edib və işçiləri girov götürüb. Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edildikdən sonra atışma baş verib. Nəticədə dörd nəfər həlak olub, beş nəfər yaralanıb.

Hücumçunun özü də ölüb. Bəzi mənbələrdə onun intihar etdiyi, digər mənbələrdə isə hüquq mühafizəçiləri tərəfindən güllələndiyini bildirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir