Dünya

Bayden administrasiyası Türkiyənin arzusunu reallaşdıra bilər

Sharing is caring!

Bayden administrasiyası Türkiyə ilə yeni silah müqaviləsini təsdiq etməsi üçün Konqresə qeyri-rəsmi müraciət edib.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

Məqalə müəlliflərinin fikrincə, Ankaranın Ukraynadakı müharibədə rolu, “Bayraktar”ların tədarükü və Rusiya hərbi gəmilərinə Bosfor boğazına girişin bağlanması Vaşinqtonla pozulmuş münasibətlərin bərpasına kömək edib və bu yaxınlaşma “F-16”ların Türkiyəyə satışına yol aça bilər.

Bununla belə, Dövlət Departamentindən WSJ-yə bildirib ki, müdafiə qurumlarına təklif edilən köçürmələr Konqres tərəfindən rəsmi şəkildə bildirilənə qədər şərh edilmir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına razılıqlarını bildirmişdilər. Bundan sonra Türkiyə ABŞ-a döyüş təyyarələri üçün raket və radarların alınması məqsədilə 400 milyon dollarlıq sorğu təqdim edib. Bayden administrasiyası Konqresin hər iki palatasındakı əsas liderlərdən Türkiyənin tələbinin qəbul edilməsini xahiş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir