Dünya

Qətərin “Əl-Arab” qəzeti Heydər Əliyevdən yazdı

Sharing is caring!

Qətərin ərəb dilli “Əl-Arab” qəzetinin 10 may 2022-ci il tarixli buraxılışında “Azərbaycanda müasir intibah dövrünün banisi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur” başlıqlı geniş məqalə dərc olunub.

Oxu.Az xəbər verir ki, məqalədə Heydər Əliyevin Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri olduğu, onilliklər ərzində həyatını Azərbaycan xalqının əmin-amanlığına, ölkənin sabitliyinə və dövlətçiliyin möhkəmlənməsinə həsr etdiyi, xalqının yaddaşında tarixi lider və ölməz şəxsiyyətə çevrildiyi bildirilir. 

Heydər Əliyevin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ən mühüm prioritetlərindən biri kimi gənclərin təhsil alması, gənclər təşkilatının yaradılmasında, onların keçmiş Sovet İttifaqının qabaqcıl institutları və universitetlərində təhsil almalarına şərait yaratması, Azərbaycan xalqının Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra ölkənin çətin dövrlərində milli birliyin formalaşması və vətəndaş müharibəsinin qarşısının alınmasında böyük xidmətlər göstərdiyi qeyd olunur. 

Məqalədə, həmçinin 1993-2003-cü illərdə ulu öndərin Azərbaycana rəhbərliyinin ölkədə sabitlik və inkişaf dövrü ilə yadda qaldığı, Heydər Əliyevin uzaqgörənliyinə və irsinə əsaslanaraq onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın dinamik inkişaf edən, görünməmiş iqtisadi artım templərinə malik regional səviyyədə lider dövlətə, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrildiyi, atasının həyatın müxtəlif sahələrində qazandığı bütün nailiyyətləri Azərbaycan liderinin daha da gücləndirdiyi qeyd olunur.

Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın otuz ilə yaxın davam edən işğalına İlham Əliyevin müdrik rəhbərliyi ilə son qoyulduğu və Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilir.

Azərbaycan 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində böyük qələbə qazanaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və Ermənistanın təslim olmağa məcbur edildiyi və beləliklə Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi ilə bağlı vəsiyyətlərini yerinə yetirdiyi vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir