Dünya

Ekvadorda həbsxana qiyamı: 43 nəfər öldü

Sharing is caring!

Ekvadorda həbsxanada iğtişaşlar baş verib.

Hadisə ölkənin Santo Dominqo şəhərindəki “Bellavista” həbsxanasında yaşanıb.

Ekvador daxili işlər naziri Patrisio Karrillo mətbuat konfransında insident zamanı 43 məhbusun öldüyünü bildirib.

Onun sözlərinə görə, həlak olanların çoxu odlu silahlarla deyil, bıçaq və kəsici alətlərlə öldürülüb.

Cəsədlərin hələ də təxliyə edilmədiyini vurğulayan Karrillo kameralarda qarşıdurmaların davam etdiyini deyib.

Mənbə: “Haber Global”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir