Cəmiyyət

Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı – FOTO

Sharing is caring!

İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü  ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir