Dünya

Kubadakı tarixi hoteldə partlayışda 22 nəfər həyatını itirdi, xeyli yaralı var – FOTO

Sharing is caring!

Kuba paytaxtında tarixi “Saratoqa” hotelində baş vermiş partlayışda 22 nəfər həyatını itirib, ən azı 64 nəfər yaralanıb. Yaralılardan 14-ü azyaşlıdır.

Bu barədə Kuba Prezident Ofisi məlumat yayıb.

Qeyd olunur ki, ölənlərdən biri uşaq, biri isə hamilə qadın olub.

Xəsarət alanların partlayış anında hotelin yaxınlığında olduqları bildirilir, çünki COVID-19 pandemiyası səbəbindən hotel iki il müddətinə bağlı olub.

Partlayışın məişət qazının sızması nəticəsində meydana gəldiyi qeyd olunur. Altımərtəbəli hotelin yaxınlığındakı 17 bina, eləcə də ətrafdakı minik avtomobilləri və avtobuslar zərər görüb. Hotelin yerləşdiyi küçədə adam boyu dağıntılar qalaqlanıb. Xilasedicilər axtarışları davam etdirirlər. Hökumət hotelin tamamilə uçmaq təhlükəsi barədə xəbərdarlıq edib.

Öncə terakt ehtimalı səslənsə də, sonradan hadisə yerinə gələn Kuba Prezidenti Migel Dias-Kanel bu versiyanı inkar edib və bunun bədbəxt hadisə olduğunu vurğulayıb.

Qeyd edək ki, 1880-ci ildə neoklassika üslubunda tikilmiş “Saratoqa” hoteli 1990-cı illərdə bərpa edilib və beşulduzlu turizm mərkəzi kimi fəaliyyət göstərib.

Mənbə: El Pais

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir