Dünya

Nyu-Yorkda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb

Sharing is caring!

ABŞ-ın Nyu-York ştatında COVID-19 səbəbilə xəstəxanada 2 119 nəfər müalicə olunur.

Bu barədə ştatın qubernatoru Keti Hokul bildirib.

Onun sözlərinə görə, yoluxma hadisələri və xəstəxanaya yerləşdirilmələrin sayında artım nəzərə çarpır:

“Bunu ciddi qəbul edirik, amma təşvişə düşmürük”.

Bu, bir ay əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə çoxdur.

Keçən həftə Nyu-Yorkda COVID-19 xəbərdarlığı səviyyəsi “aşağı”dan “orta”ya qaldırılıb.

Ötən ilin sonunda “Omikron” variantına görə ölkədə yoluxmaların sayı pik həddə çatanda Nyu-Yorkda xəstəxanaya yerləşdirilənlərin sayı 13 minə yüksəlmişdi.

Con Hopkins Universitetinin məlumatlarına görə, Nyu-Yorkda indiyədək koronavirusa yoluxanların ümumi sayı 5 000 200 minə çatıb, həyatını itirənlərin sayı isə 68 mini keçib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir