Cəmiyyət

Masallıda qadın və azyaşlı uşaqları dəm qazından ölüblər

Sharing is caring!


Masallıda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Vurğulanıb ki, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Qeyd olunub ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir