Dünya

Pişiyin dişləməsi amerikalıya baha başa gəldi

Sharing is caring!

ABŞ-ın Şimali Karolina ştatının Şarlot qraflığının sakini küçə pişiyinin dişləməsi ilə bağlı həkimə müarciət edib və 21 min dollarlıq hesab alıb.

Kristi Driskoll adlı qadın iki dəfə evinin eyvanında bir pişiklə qarşılaşıb. İlk dəfə heyvan kifayət qədər mehriban olub. Lakin bir ay sonra geri qayıdan pişik qadına aqressiv reaksiya göstərərək onu dişləyib.

Təcili yardıma müraciət edən qadına antibiotik verilib, müayinə olunub, üç iynə vurulub və ona quduzluğa qarşı profilaktika kursdan keçmək tövsiyə edilib.

Bütün bunlardan sonra xanım 21 min dollarlıq hesab alıb və tibbi xidmətlərin bahalığından şoka düşüb.

O, problemi həll etmək üçün vilayət rəhbərliyinə müraciət edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir