İdman

“Mançester Siti”nin keçmiş futbolçusunu ömürlük həbs cəzası gözləyir

Sharing is caring!

“Mançester Siti”nin keçmiş futbolçusu Benjamin Mendini ömürlük həbs cəzası gözləyir. O, çoxsaylı qadın zorlamalarında ittiham olunur.

Futbolçu İngiltərədəki dinləmələr zamanı günahkar olmadığını bildirib. Lakin ona qarşı səkkiz zorlama və bir zorlamaya cəhd ittihamı irəli sürülüb.

İttihamçı tərəf Mendini “qadınların axtarışını oyuna çevirən yırtıcı” adlandırıb.

Futbolçunun ittiham olunduğu maddə beş ildən 20 ilədək, xüsusi hallarda isə ömürlük həbs cəzasını nəzərdə tutur.

Daha əvvəl bildirilmişdi ki, 28 yaşlı fransalı oyunçu qadınları Çeşirdəki malikanəsinə dəvət edib. Qadınlar imtina etdikdə, ya çox sərxoş olduqları zaman onlara təcavüz edib.

Mendinin Mançester gecə klublarında bir çox qadınla görüşdüyü deyilir. Həmin qadınlardan bəziləri bildiriblər ki, malikanəyə çatanda telefonları bir bəhanə ilə onlardan alınıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir