Dünya

BMT: “Ukraynalı qaçqınların sayı 5,5 milyona yaxınlaşır”

Sharing is caring!

Müharibə nəticəsində Ukraynada qaçqınların sayı 5,5 milyona çatıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığından məlumat verilib.

Qeyd olunur ki, 29 aprel tarixinə Ukraynanı ümumilikdə 5 468 629 nəfər tərk edib. Onların böyük hissəsi (üç milyondan çox) Polşaya gedib. Rumıniyaya qaçqın kimi yollanan ukraynalıların sayı 817 mindən çox, Rusiyaya yollananların sayı 656 mindən artıq olub.

Bundan əlavə Macarıstana 520 min, Moldovaya 443 min, Slovakiyaya 372 min, Belarusa isə 25 mindən artıq ukraynalı gedib.

Bununla yanaşı 1 289 500 nəfər fevralın 28-dən bu yana Ukraynaya qayıdıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir