Cəmiyyət

“Hovuzlarda su vaxtında dəyişilmir, xlorlama yetərincə deyil” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi su parklarında, açıq hovuzlarda sanitar-gigiyenik tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı əhalini diqqətli olmağa çağırıb.

Bildirilib ki, bəzi hovuzlarda su vaxtı-vaxtında dəyişilmir və yaxud xlorlama yetərincə deyil. Ona görə də həmin sudan nümunə götürüb suyun təmizlik dərəcəsi yoxlanılmalıdır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov Bakupost.az-a deyib ki, hovuz suyunun kimyəvi-bakterioloji müayinəsi üçün Ədliyyə Nazirliyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən, rəsmi icazə verilməlidir. Əks halda mərkəz heç bir dənizkənarı sahibkarlıq subyektində planlı yoxlama apara bilməz:

“Açıq və qapalı hovuzlarda sanitar-gigiyenik tələblər var. Hər bir sahibkar bu tələblərə əməl etməlidir. Hovuzlarda istifadə edilən su içməli su olmalıdır. Hovuz suyuna qaydalara uyğun xlor vurulmalıdır. Bu, suyun tərkibindəki bakteriyaları məhv etmək üçündür. Suya xlorun normadan artıq qatılmasına da yol verilmir. Hovuz suyunda xlorun səviyyəsi, qüvvədə olan normalara görə, hər bir ton suya 0,3-0,5 mq, suyun pH dəyəri isə 7,2-7,6 olmalıdır. Bu miqdardan az və yaxud çox ola bilməz. Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizminə mənfi təsir göstərə bilər”.

Z.Kazımov vurğulayıb ki, hovuz suyuna tələb olunan miqdarda xlor vurulmadıqda sudakı bakteriyalar, bağırsaq çöpləri oradan istifadə edən insanlarda mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər. Bunu nəzərə alıb hovuzlarda gigiyenik norma və tələblərin yoxlanılması üçün sahibkarlar özləri ərazi üzrə gigiyena və epidemiologiya mərkəzlərinə müraciət etməlidirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir