Siyasət

Millət vəkili: “Azərbaycanın enerji təhlükəsizliyində rolunun artması geosiyası mövqeyimizi möhkəmləndirir”

Sharing is caring!

Bu gün İtaliyanın Çernobbio şəhərində 48-ci beynəlxalq Çernobbio Forumu baş tutub. Üç gün davam edəcək beynəlxalq forumun xüsusi qonaqlarından biri də Prezident İlham Əliyevdir. Dövlət başçısı tədbirə İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə qatılıb. O, plenar iclasda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Mövzu ətrafında Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdəndir:

“Azərbaycan Avropa üçün yeni alternativ mənbədir. Son bir ildə Avropaya 13,5 milyard kubmetr mavi qazın nəql edilməsi, eyni zamanda növbəti illər üçün hədəflərin qoyulması ondan xəbər verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artıracaq. Xüsusilə TAP kəməri vasitəsilə Avropaya birinci mərhələdə 10, ikinci mərhələrə 20 milyard kubmetr qazın ötürülməsinin nəzərdə tutulması bunun bariz nümunəsidir”.

Millət vəkili bildirib ki, Azərbaycan Avropa Birliyinin regiondakı ən böyük ticarət tərəfdaşıdır:

Yunanıstan, Bolqarıstan daxili şəbəkələri vasitəsilə qazın daha çox Şərqi Avropa ölkələrinə ötürülməsinin müzakirəsi də onu göstərir. Avropa İttifaqının Cənubi Qafqaz iqtisadi dövriyyəsinin 80, İtaliyanın Cənubi Qafqaz iqtisadi dövriyyəsinin isə 90 faizindən çoxu Azərbaycanın payına düşür. Lakin həm təbii qaz, həm də neft üzrə əməkdaşlığın genişləndirilməsi iqtisadiyyat dövriyyəsinin daha da artmasına imkan yaradacaq. Bunlar isə Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir