Dünya

Dominikanda yüngülmühərrikli təyyarə radarlardan itib

Sharing is caring!

Dominikan Respublikasında göyərtəsində 4 nəfərin olduğu yüngülmühərrikli təyyarə radarların ekranından yoxa çıxıb.

Xeberal.az xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Bildirilir ki, Baraona əyalətinin Mariya-Montes hava limanından havaya qalxdıqdan yarım saat sonra təyyarənin ekipaj üzvü dispetçerlərlə rabitə əlaqəsini dayandırıb.

Dominikan mülki aviasiya institutu ölkənin hərbi qurumunun dəstəyi ilə təyyarənin axtarışlarına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.