Cəmiyyət Dünya Gündəm

Vaksin vurdurmaq istəyənlərin NƏZƏRİNƏ! Peyvənd olunmaq üçün ən münasib vaxt AÇIQLANDI

Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək insanlarda immunitet sisteminin səhər saatlarında daha yüksək olduğunu aşkar ediblər.

Xəbəral.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Neuroscience News” saytı məlumat verib.

Alınan nəticəyə əsasən belə müəyyən edilib ki, bu, peyvənd edərkən nəzərə alınmalıdır.

Tədqiqat zamanı Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin mütəxəssisləri orqanizmdəki dendritik hüceyrələrin istirahət mərhələsinin sonunda ən aktiv şəkildə hərəkət etdikləri qənaətinə gəliblər.

Alimlərin fikrincə, peyvənd və immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Belə ki, düzgün vaxtda edilən peyvənd prosedurların effektivliyinə müsbət təsir göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir