Dünya

Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edildi

Sharing is caring!

Moskvanın Simonovski məhkəməsi, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin tələbi ilə Moskva Şəhər Məhkəməsində iclas keçirilib.

XəbərAl.az xəbər verir ki, “İv Roşe” işi üzrə Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında qərar qəbul edilib.

“Məhkəmə Cəzaların İcrası Federal Xidmətinin Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında vəsatətinin təmin olunmasına qərar verdi. Hökmün qanuni qüvvəyə minməsinədək onun hərəkətinin məhdudlaşdırılması üçün həbs qətimkan tədbiri təyin olunsun”, – deyə hakim Natalya Repnikova məhkəmənin qərarını oxuyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir