Dünya

Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi

Sharing is caring!




Moskvanın Tver Rayon Məhkəməsi rusiyalı bloqer və teleaparıcı Anastasiya İvleyevanı Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə cərimələyib.

Bu barədə məhkəmədən məlumat verilib.

“Məhkəmə İvleyevanı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi (Rusiyanın və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) üzrə təqsirli bilib. Ona 50 min rubl (921 manatdan çox) məbləğində cərimə kəsilib”, – deyə məhkəmədən bildirilib.

Xatırladaq ki, daha əvvəl İvleyeva Moskvanın gecə klublarından birində çılpaq toplantı təşkil etməyi ilə gündəmə gəlmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir