Dünya

Tavuşda saxlanılan etirazçılar buraxıldılar, bir nəfər isə İrəvana aparıldı

Sharing is caring!




Erməni politoloq Suren Petrosyan istisna olmaqla Tavuşda saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar.

Bu barədə Ermənistan mediası xəbər yayıb.

Məlumata görə, politoloq İrəvana aparılıb və barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

Erməni politoloqun İstintaq Komitəsinə aparıldığı ehtimal olunur.

Xatırladaq ki, aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.

Bundan öncə Azərbaycana qaytarılmalı olan Aşağı Əskipara kəndində məskunlaşdırılmış ermənilər etiraz edib, ərazidəki kilsənin ətrafını minalayıblar. “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın üzvləri qarışıqlıq salmağa cəhd ediblər, hətta avtomobili insanların üzərinə sürüblər, onlardan bir neçəsi saxlanılıb.

Aprelin 23-də isə istehkamçılar minaları təmizləyiblər. Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunu, Alaverdi və Noyemberyan yollarının kəsişməsini bağlamağa cəhd edən “Vətən naminə Tavuş” təşəbbüsünün fəalları isə saxlanılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir