Dünya

ÜST Qəzzada bombardmanlardan daha çox insanın xəstəliklərdən ölə biləcəyini bildirib

Sharing is caring!


Qəzza zolağında tibbi yardımın olmaması və həyat şəraitinin pisləşməsi səbəbindən top atəşindən daha çox xəstəlikdən ölə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Pisləşən yaşayış şəraiti və tibbi yardımın çatışmazlığını nəzərə alsaq, Qəzzada insanlar bombardmandan daha çox xəstəlikdən ölə bilərlər”, – deyə Qebreyesus bildirib.

Təşkilatdan verilən məlumata görə, epidemioloji vəziyyətin pisləşməsinə səbəb olan əsas amillərə anklavda qida və su çatışmazlığı, sığınacaqların azlığı və olanlarda insanların sıxlığı, sanitariya-gigiyena tədbirlərinin qeyri-kafi olması, tullantıların düzgün şəkildə utilizasiya edilməməsi və lazımi dərman preparatlarının çatışmazlığı daxildir.

ÜST rəhbərinin qeyd etdiyi kimi, Qəzzada artıq 111 min kəskin respirator xəstəlik, 75 min ishal, 24 min dəri səpgisi, 12 min vərəm, 2,5 min suçiçəyi, 2,5 min impetiqo dəri xəstəliyi və 1,1 min sarılıq hadisəsi qeydə alınıb. Eyni zamanda, hesabatda bildirilib ki, hazırda anklavda sığınacaqlarda təxminən 1,3 milyon insan yaşayır.

“Elə indi uzunmüddətli atəşkəsə ehtiyac var. Bu, mülki vətəndaşlar üçün ölüm-dirim məsələsidir”, – deyə Qebreyesus yekunlaşdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir