İdman

“Aston Villa”dan böyükhesablı qələbə – VİDEO

Sharing is caring!


İngiltərə çempionatının 9-cu turunun matçında “Aston Villa” “Vest Hem”i böyük hesabla məğlub edib.

Birmingem komandası evdə londonluları 4:1 hesabı ilə məğlub edib.

“Aston Villa”nın heyətində Lui Duqlas dubl (30-cu və 52-ci dəqiqə), Olli Uotkins (74) və Leon Beyli (89) hərəyə bir qol vurub. “Vest Hem”in heyətində Jarrod Bouen fərqlənib (56).

Beləliklə də, “Aston Villa” 19 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 5-ci pilləyə yüksəlib, “Vest Hem” isə 9-cu yerdə qərar tutub (14 xal).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir