Dünya

İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? – FOTO

Sharing is caring!




İranda yeni hicab qanununun qüvvəyə minməsindən sonra repressiv əxlaq polisləri qadınlardan rüşvət almağa başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Polis məmurları tərəfindən saxlanılan qadınlardan biri bildirib ki, ondan və məcburi hicaba əməl etmədiklərinə görə avtomobilini saxladıqları bir neçə qadından həbs edilməmək və ya avtomobillərinə həbs qoyulmaması üçün 10 milyon tüməndən çox (400 manatdan çox) pul tələb ediblər.

Saxlanılma zamanı polis məmuru cibindən bank kartını çıxararaq həbs etdiyi qadına göstərib. “Bu hesaba indi 12 milyon tümən (500 manata yaxın) köçür, səni buraxım!” – deyə məmur pul tələb edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir