Dünya

“The Wall Street Journal”: “İran İsrail-HƏMAS müharibədən qazanc götürməyə ümid edirdi, lakin…” – FOTO

Sharing is caring!


“Heç bir ölkə HƏMAS-ın oktyabr ayında İsrailə hücumundan və İsrailin reaksiyasına beynəlxalq qəzəbdən İran qədər qazana bilmədi. Lakin iki aydan çox vaxt keçsə də, Tehran münaqişədən hələ də ciddi strateji qazanc əldə edə bilməyib”.

Bu sözlər “The Wall Street Journal” nəşrində dərc olunmuş yazıda deyilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Nəşrin yazısında bildirilib ki, HƏMAS-ın tamamilə məhv edilməsi İranı utandıracaq və Tehranın bölgədəki tərəfdaşları arasında onun düşündükləri qədər etibarlı olmadığı barədə narahatlıq yaradacaq.

Qeyd olunub ki, İran ABŞ-nin Fələstin muxtariyyətini dirçəltmək, İsrail-Fələstin sülh danışıqlarını bərpa etmək və ya ərəb-İsrail münasibətlərinin normallaşmasını daha da irəli aparmaq kimi  planlarının həyata keçirilməsini istəmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir