Dünya

Hindistanın ən böyük zibilxanasında yanğın: Əhali ekoloji fəlakətlə üz-üzə – VİDEO

Sharing is caring!




Hindistanın paytaxtında yerləşən Qazipur zibilxanasında yanğın baş verib. Ekoloqlar hadisə ilə əlaqədar həyəcan təbili çalır – əhali ekoloji fəlakətlə qarşı-qarşıyadır.

Yerli ekspertlər qeyd edirlər ki, yanğına səbəb zibilxanada yaranan qaz olub.

Hələlik ölən və yaralananlar barədə xəbər verilmir.

Məlumata görə, Nyu-Delhinin şərqindəki Qazipur zibilxanası ölkənin ən böyük zibilliyidir. İctimai fəallar deyirlər ki, hər il onun hündürlüyü orta hesabla 10 metr artır (hələ 2019-cu ildə poliqonun hündürlüyü 65 metr idi).

Rəsmilər 2023-cü ilin sonuna qədər zibilxananı təmizləyəcəklərini vəd etmişdilər, lakin o vaxtdan bəri poliqonun hündürlüyü artmaqda davam edir.

Qazipura hər gün təxminən 2000 ton zibil atılır.

Mənbə: Aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir