Dünya

Yaponiyada iki hərbi helikopter toqquşdu: Ölən və itkin düşənlər var

Sharing is caring!




“Yaponiyada iki “SH-60K” hərbi helikopteri qəzaya uğrayıb”.

Bunu ölkənin müdafiə naziri Minoru Kihara bildirib.

Onun sözlərinə görə, bir nəfər həlak olub, daha yeddi nəfər itkin düşüb.

Faciə Torişima adasından 270 kilometr şərqdə sualtı qayıq əleyhinə təlim zamanı baş verib.

Ehtimallara görə, helikopterlər bir-biri ilə toqquşub.

Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzada başqa ölkələrin də iştirak edə biləcəyinə dair heç bir əlamət yoxdur.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir