Dünya

Rusiyada yaşlı qadının pəncərəsində “qorxulu heyvanlar” göründü: Evə girən qonşular dəhşətə gəldilər – VİDEO

Sharing is caring!




Rusiyanın Çelyabinsk vilayətinin Ozyorsk şəhərində yerləşən binada təqaüdçü qadın öz mənzilində siçovullar yetişdirib.

Qadının pəncərələrində iri siçovulları görən binanın sakinləri yaşlı qonşudan şikayət ediblər.

Mənzildən xoşagəlməz qoxu bütün binaya yayılıb, tarakanlar peyda olub və üstəlik, qadının mənzilində yaşayan gəmiricilər binanın girişindəki internet-kabelləri çeynəyiblər.

Qəzəbli sakinlərin səbirləri tükənib və onlar polisə müraciət ediblər. Məsələni aydınlaşdırmaq üçün mənzil sahibinin yanına gəldikdə isə qadın evində siçovulların olmadığını deyib. Bildirib ki, bu heyvanlar manqustlardır və tezliklə “zoologiya polisi” gəlib onları aparacaq.

Gəmiricilər mənzilə döşəmədəki dəliklərdən daxil olublar. Qadın əmin olub ki, bunlar siçovullardan bir neçə dəfə böyük olan (və heç də onlara bənzəməyən) manqustlardır.

Beləliklə də, məlum olub ki, yaşlı qadın manqust olduqlarını düşünərək öz mənzilində siçovul yetişdirirmiş.

Mənbə: “Lenta dnya”, “NEWS.ru” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir