Dünya

ÇL: “Mançester Siti” – “Real Madrid” cütünün taleyini “lotereya” həll etdi – VİDEO

Sharing is caring!




UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə baş tutub.

“Etihad” stadionunda “Mançetser Siti” İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gəlib.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb. Cavab matçında da tərəflər hərəyə bir qol vurduğundan (1:1, ümumi hesab 4:4) əlavə vaxta ehtiyac yaranıb.

Lakin bu da nəticə vermədikdə qalibi “lotereya” müəyyən edib. Penaltilərdə daha dəqiq olan kral klubu (3:4) yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, gecənin digər oyununda “Bavariya” “Arsenal”ı minimal hesabla məğlub edərək (ilk oyun 2:2) yarımfinala adını yazdırıb.

Qeyd edək ki, “Bavariya” və “Real Madrid” yarımfinalda rəqib olublar. Digər yarımfinalda isə PSJ və “Borussiya” qarşılaşacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir