Dünya

“Real” səfərdə “Malyorka”nı məğlub etdi – VİDEO

Sharing is caring!




“Real Madrid” İspaniya çempionatının 31-ci turunun matçında səfərdə “Malyorka” üzərində qələbə qazanıb – 1:0. 

Oxu.Az xəbər verir ki, əvvəlcə ukraynalı qapıçı Andrey Lunin Antonio Railionun zərbəsindən sonra “Real”ı xilas edib, bir neçə dəqiqə sonra isə Cud Bellinqhemin zərbəsindən sonra top qapının dirəyinə dəyib. Matçın yeganə qolunu 48-ci dəqiqədə Madrid klubunun və Fransa millisinin yarımmüdafiəçisi Aurelien Tchouameni vurub.

74-cü dəqiqədə Lunin “Real”ı yenidən xilas edib. Bu dəfə ukraynalı Serxio Darderin uzaq məsafədən zərbəsini dəf edib. 85-ci dəqiqədə Andrey vaxtı gecikdirdiyinə görə sarı vərəqə alıb.

“Real” La Liqada “Barselona”nı 11 xal qabaqlayaraq inamlı liderlik edir. “Malyorka” isə 15-ci yerdə qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir