Dünya

Fernandeşin dublu “Mançester Yunayted”i məğlubiyyətdən xilas etdi – VİDEO

Sharing is caring!




İngiltərə Premyer Liqasının 33-cü turunun “Bornmut” və “Mançester Yunayted” komandalarının qarşılaşdığı matç baş tutub.

Oxu.Az xəbər verir ki, komandalar İngiltərənin Bornmut şəhərindəki “Vitaliti – Din Kort”da qarşılaşıblar. Komandalar oyunu 2:2 hesabı ilə başa vurublar.

Matçda hesabı “Bornmut”un hücumçusu Dominik Solanke açıb. 31-ci dəqiqədə “Mançester Yunayted”in kapitanı Brunu Fernandeş hesabı bərabərləşdirib. Beş dəqiqə sonra Castin Klüyvert meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. 65-ci dəqiqədə qonaqlara penalti zərbəsini yerinə yetirmək hüququ verilib və Fernandeş yenə fərqlənib.

Bu oyundan sonra “Mançester Yunayted” 50 xal toplayıb. Onlar yeddinci yerdədirlər. ”Bornmut” isə 42 xalla 12-ci yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir