Dünya

Qrizmanın dublu “Atletiko”ya inamlı qələbə qazandırdı – VİDEO

Sharing is caring!




İspaniya La Liqasının 31-ci turunun “Atletiko Madrid” və “Jirona” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, komandalar İspaniyanın Madrid şəhərindəki “Tsivitas Metropolitano” stadionunda qarşılaşıblar. Meydan sahibləri 3:1 hesabı ilə inamlı qələbə qazanıblar.

Matçın ilk qolu dördüncü dəqiqədə vurulub. “Jirona”nın hücumçusu Artyom Dovbik fərqlənib. 34-cü dəqiqədə “Atletiko” penalti hüququ əldə edib. Antuan Qrizmannın hesabı açıb. 45+6-cı dəqiqədə Anxel Korrea madridliləri hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Qrizmann dubla imza atıb.

İspaniya çempionatının 31 turundan sonra “Atletiko” 61 xal toplayıb və dördüncü yerdədir. Öz növbəsində, La Liqada eyni sayda oyundan sonra “Jirona” 65 xal qazanaraq üçüncü yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir