Dünya

“WhatsApp”da quraşdırılmış neyroşəbəkə fəaliyyətə başlayıb – FOTO

Sharing is caring!




“WhatsApp” tərtibatçıları “Meta AI” çatbotunu mesencerin daxilindəki axtarış panelində sınaqdan keçirməyə başlayıblar.

Qeyd olunub ki, “Meta AI” çatbotu “Android” və “iOS” əməliyyat sistemlərində “WhatsApp”ın beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. Neyroşəbəkə bəzi ingilisdilli ölkələrdə axtarış panelində aktivləşdirilib.

“Meta AI”ı açmaqla istifadəçilər çatbota verilə biləcək potensial suallara baxa bilərlər. Təklif olunan mövzular təsadüfi olaraq yaradılır. Bu suallar “WhatsApp” və istifadəçi ilə bağlıdır.

Hələlik “Meta AI” çatbotu yalnız bəzi beta-testerlər üçün əlçatandır. Süni intellektin bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi məlum deyil.

Mənbə: WABetaInfo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir