Dünya

Zaxarova ABŞ-nin “Crocus City Hall”da istintaqda iştirakı ilə bağlı danışdı: “Bacarmayacaqlar…”

Sharing is caring!




“ABŞ İŞİD terror qruplaşmasının “Crocus City Hall”da törədilən terror aktında iştirakı barədə fikirləri ilə istintaqı yanlış istiqamətə yönəldə bilməyəcək”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aif.ru saytına müsahibəsində deyib.

“Biz görürük ki, ABŞ müxtəlif kanallar vasitəsilə dünya ictimaiyyətini İŞİD-in Əfqanıstan qolu olan “Vilayət Xorasan” tərəfdarlarının Krasnoqorskdakı terror aktında əli olduğuna inandırmağa çalışır”, – deyə Zaxarova bildirib.

O, eyni zamanda əlavə edib ki, Vaşinqton bu qanlı cinayətin təhqiqatında iştirak etmir, ona görə də nəinki istintaqı yanlış yola yönəltmək, hətta onun gedişatına da hər hansı təsir göstərə bilməyəcək.

Mariya Zaxarova onu da bildirib ki, ABŞ-nin hərəkətləri himayəsində olanları “təmizə çıxarmaq” məqsədi daşıyır.

“Onlar ilk növbədə şübhələri özlərindən yayındırmaq üçün Kiyev rejimini sözün əsl mənasında sipər edirlər”, – deyə o vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir