Dünya

Ekvadorun keçmiş vitse-prezidenti həbsxanada özünü öldürmək istədi – FOTO/VİDEO

Sharing is caring!




Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqından sonra saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas həbsxanada intihara cəhd edib. O, koma vəziyyətindədir.

Bu barədə “Teleamazonas” telekanalı məlumat yayıb.

“Xorxe Qlas bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya aparılıb. Keçmiş vitse-prezident təcili olaraq xəstəxanaya yerləşdirilib, o, süni koma vəziyyətindədir”, – deyə məlumatda bildirilir.

Telekanalın polis nümayəndəsinə istinadən verdiyi məlumata görə, Qlas həbsxanada külli miqdarda antidepressant və sakitləşdirici dərman qəbul edib, nəticədə dərman zəhərlənməsi diaqnozu qoyulub.

Xatırladaq ki, Ekvador polisi aprelin 6-na keçən gecə Meksikanın Kitodakı səfirliyinə zorla daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiyada təqsirli bilinən Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlayıblar. Daha sonra Prezident Daniel Noboanın administrasiyası Qlasın saxlanması ilə bağlı məlumatı təsdiqləyib və diplomatik nümayəndəliyə basqın edilməsini suverenliyin müdafiəsi adlandırıb. Ertəsi gün Ekvador XİN-dən bildirildi ki, Ekvadorun keçmiş vitse-prezidentinin qaçmaq təhlükəsi ciddi olduğundan səfirliyə basqın etmək qərara alınıb.

Buna qədər – martın 3-də Meksika Qlası Ekvadora təhvil verməkdən imtina etmişdi. Meksika XİN ölkəsinin sığınacaq axtaranları, xüsusən də ölkədə siyasi təqiblərə məruz qaldıqları hallarda həmişə qonaqpərvərliklə qəbul etdiyini bildirib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir