Dünya

Braziliyada futbol klublarının azarkeşləri arasında kütləvi dava olub

Sharing is caring!


Braziliyanın Rio-de-Janeyro şəhərində “Vasko da Qama” və “Flamenqo” klublarının azarkeşləri arasında kütləvi dava olub. Münaqişə ilə bağlı 30-dan çox adam saxlanıb.

Qarşıdurma torsidalar kimi tanınan mütəşəkkil azarkeş qrupları tərəfindən təşkil olunub.

Saxlanılan fanatlar həbsə müqavimət göstəriblər, hətta əldəqayırma partlayıcı qurğulardan istifadə edərək polis maşınlarına hücuma cəhd ediblər.

Qeyd edək ki, Braziliya futbol klubları tez-tez əsas matç günlərində stadionların yaxınlığında bir-biri ilə toqquşan şiddətli azarkeş qruplarına sahibdirlər.

Mənbə: G1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir